“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu


“Nar” “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən üçüncü “YAŞAT” düşərgəsində iştirak edib. “Nar”ın da dəstəkçilərindən olduğu layihənin əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canından keçmiş səhid övladlarının yay tətillərinin səmərəli keçirilməsinə və onların şəxsi inkişaflarına dəstək olmaqdır.

Mobil operator düşərgənin 3-cü həftəsində 40-dan çox iştirakçı üçün Diksiya Akademiyası ilə birgə Azərbaycan dilində səlis nitq bacarıqları üzrə interaktiv təlim təşkil edib, uğurlu çıxışların ən vacib elementləri öyrədilib. Təlimin sonunda iştirakçılara “Nar” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Nar” şəhid övladlarının təhsilinə dəstək istiqamətində müxtəlif təqaüd proqramları həyata keçirmiş və sosial layihələrə müəlliflik etmişdir. Layihələr haqqında daha ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...