“Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı

“Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı


Artıq “Nar” abunəçiləri NaviMax tətbiqi ilə izlənmə funksiyası mümkün olan istənilən cihazın GPS izləmə vasitəsi ilə yerinə, hərəkətinə, qət etdiyi məsafəyə və digər göstəricilərinə minimum ödənişlə nəzarət edə bilərlər. Aylıq 1 AZN abunəlik haqqı ilə yaxınlarınızın olduğu məkanı həm real vaxtda, həm də oflayn rejimdə izləyib onların təhlükəsizliyini təmin edə bilərsiniz.

Xidmətə qoşulmaq üçün ilk olaraq, “App Store” və ya “Play Store”-dan NaviMax-ı yükləyib, ölkələr siyahısından Azərbaycanı seçərək qeydiyyatdan keçirsiniz. Daha sonra telefonunuza gələn birdəfəlik şifrəni daxil edərək GPS icazəsini aktivləşdirməklə qeydiyyatı tamamlamış olursunuz. Qeyd edək ki, abunəçilər xidməti 3 gün pulsuz istifadə edib test edə bilərlər. NaviMax xidməti haqqında ətraflı məlumatı nar.az/navimax səhifəsindən əldə edə bilərsiniz.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...