Sabah Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, rayonlara dolu düşəcək
Avqustun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

GUNDEMİNFO.AZ Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...