Kadırovun gənc qızı Çeçenistan baş nazirinin müavini olacaq

  Kadırovun gənc qızı Çeçenistan baş nazirinin müavini olacaq
Mədəniyyət naziri, respublika başçısı Ramzan Kadırovun 24 yaşlı qızı Ayşat Kadırova Çeçenistan baş nazirinin müavini təyin olunub.
Yeniavaz.com xəbər verir ki, Kadırovanın təyin edilməsi barədə qərar yerli kabinetin geniş iclasında qəbul edilib.
Müvafiq təkliflə respublikanın baş naziri Müslüm Xuçiyev çıxış edib və Ramzan Kadırov özünün Telegram kanalında yazdığı kimi, təşəbbüsü dəstəkləyib.
Qeyd edək ki, 2021-ci ilin noyabrından Ayşat Kadırova respublikanın mədəniyyət naziri vəzifəsini tutub. Bu ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putin Ayşat Kadırovanı ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
419 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...