“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq

“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq


“Nar” Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının sahəsində irəli sürülən təşəbbüslərə
dəstək olmaq məqsədilə, “Netty” ilə əməkdaşlığını davam etdirir. “Netty” münsifləri hər il Azərbaycanın ən
yaxşı İT layihələrini və mühüm veb-resurslarını mükafatlandırırlar.

Müsabiqəyə qatılmaq üçün netty.az saytına daxil olaraq layihənizi aşağıdakı 9 nominasiya üzrə təqdim edə
bilərsiniz:
Dövlət və Elektron Cəmiyyət
Sosial məsuliyyət və cəmiyyət
Biznes və sahibkarlıq
Maliyyə və banklar
Elektron ticarət və kommersiya
Elm, təhsil və innovasiya
Səhiyyə, idman və turizm
Məlumat və xəbərlər
Mədəniyyət və incəsənət

Hər nominasiyanın 3 alt kateqoriyası var: Vebsaytlar, Tətbiqlər, Sosial kanallar və səhifələr. İştirak
ərizələrinin qəbulu üçün son gün 30 noyabr 2023 tarixidir.

“Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən “Netty” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, Azərbaycan
seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. “Netty” mükafatı ilə tərəfdaşlıq
“Nar”ın Azərbaycanda İKT sahəsinin tərəqqisinə yönələn koporativ sosial məsuliyyət (KSM) layihələrinin
məntiqi davamıdır. “Nar”ın layihələri haqqında daha ətraflı: nar.az/projects



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...