Nicat Ocaqlının yenidən məhkəməsi başladı

Nicat Ocaqlının yenidən məhkəməsi başladı
Şəki Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, N.Baxşəliyev rəhbəri olduğu "amia.az" saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirlıəndirilir. Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
352 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...