Stalinin gəzinti kateri Abxaziyadakı gölün dibindən qaldırılıb - FOTO/VİDEO

Stalinin gəzinti kateri Abxaziyadakı gölün dibindən qaldırılıb -
Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi olan İosif Stalinin gəzinti kateri Abxaziyadakı gölün dibindən qaldırılıb. O, 60 il əvvəl suda batıb.

Kater 12 metr dərinlikdə olub. Üzərindəki lilə görə onu gölün dibindən qoparmaq çox çətin olub.

Bu barədə iş adamı Daur Çamaqua danışıb.

Gəminin uzunluğu səkkiz metr, eni isə təxminən üç metrdir. Katerin gövdəsində yazılan adı silinib.

Abxaziyada, Ritsa gölündə Stalinin dövlət bağlarından biri yerləşib.
Stalinin gəzinti kateri Abxaziyadakı gölün dibindən qaldırılıb -

Leninqrad zavodunun istehsal etdiyi müharibədən əvvəlki xidməti-səyyar “K-ZIS-5” kateri göldə gəzinti üçün istifadə olunub. Ölkə rəhbərliyinin ehtiyacları üçün 30-a yaxın xüsusi təchiz olunmuş kater hazırlanıb. Həmin katerlər hündür belliyi olan oturacaqlar, tik ağacı ilə işlənmiş salon ilə təchiz olunmuş və tentlənmişdilər. Onların hamısının ağ korpusu və qırmızı su xətti olub.

Katerin qayaya çırpılaraq batdığı ehtimal olunur. Abxaziyalı sahibkar qayığı bərpa etmək niyyətindədir və artıq bu ideyanı Rusiyanın gəmiqayırma şirkətlərindən biri ilə müzakirə edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...