Məşhur Rusiyalı milyarder Fransada saxlanıldı

Məşhur Rusiyalı milyarder Fransada saxlanıldı
Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazı dərc edib.

Məlumata görə, Milli Maliyyə Prokurorluğu onun Parisin yeddinci rayonundakı evində və Sen-Tropedəki villasında aparılan axtarışlar aparılıb.

Qəzet Kuzmiçevi Rusiyanın ən nüfuzlu adamlarından biri adlandırır və onun Ukraynadakı hadisələrlə bağlı Aİ sanksiyaları altında olduğunu qeyd edir.

Kuzmiçevə qarşı vergi fırıldaqları, eləcə də digər qanun pozuntuları, o cümlədən sanksiyaların pozulması ilə bağlı şübhələrə görə ittiham irəli sürülür.

Qeyd edək ki, Kuzmiçev 2022-ci il martın 15-dən Aİ-nin sanksiyaları altındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...