“Azərpoçt”un adından istifadə edib bank kartlarını OĞURLAYIRLAR – RƏSMİ XƏBƏRDARLIQ

“Azərpoçt”un adından istifadə edib bank kartlarını OĞURLAYIRLAR –
İnternet izərindən məhsul satmaq istəyənlər ehtiyatlı olsunlar. Çünki, yeni fırıldaçılıq şəbəkəsi peyda olub. Bu fırılaqçı şəbəkələr Rusiya və Hinistanda fəaliyyət göstərir.

Belə ki, kimsə ev və ya şəxsi əşyasını satmaq üçün sosial şəbəkələrdəki alqı-satqı səhifələrində elan yerləşdirdikdən sonra elan sahibinin “Whatsapp”ına rus dilində mesaj və yaxud zəng gəlir. Zəng edən və yaxud mesaj yazanlar çox peşəkar davranırlar.

Əvvəlcə qiymətdə endirim istəyirlər.

Buna nail olandan sonra satıcıya bildirirlər ki, “bank kartınızın nömrəsini atın vəsaiti hesabınıza ödəyək”. Deyirlər ki, bundan sonra guya kuryer gəlib məhsulu götürəcək. Sadəlövh satıcı da “alıcı”ya inanaraq öz kartının bütün məlumatını qarşı tərəfə ötürür.

Nəticədə, hansısa hakerin onun bank hesabını idarə etməsinə imkan verir. Burda diqqət çəkən məqam odur ki, fırıldaqçılar “Azərpoçt”un adından danışıqlar aparırlar. Bu səhifəyə daxil olan satıcı da hesab edir ki, əməliyyat “Azərpoçt” üzərindən həyata keçirilir.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdindəki “Azərpoçt” MMC ilə əlaqə saxladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, fırıldaqçıların təqdim etdikləri səhifənin “Azərpoçt”a heç bir aidiyyatı yoxdur:

“Son vaxtlar "Azərpoçt"un müştəriləri, eləcə də digər vətəndaşlar dələduzların hədəfinə çevriliblər. Belə ki, poçt vasitəsilə onlayn alış-veriş edən şəxsin telefon nömrəsinə çatdırılacaq məhsulla bağlı yalan-yanlış mesajlar gəlir. Göndərilən linkdə bir hərfə diqqət etmədikdə isə işbazların qurbanı olursunuz. Yəni həmin mesajda "Azərpoçt" yox, "Azərpost" yazılır.

Nəzərinizə çatdırırıq ki, “Azərpoçt” bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir.

Vətəndaşlara "Azərpoçt"la bağlı şübhəli mesajlar gəldikdə "169" çağrı mərkəzinə zəng etmələri, eləcə də göndərilən linklərə diqqətli və həssas yanaşmaq tövsiyə olunur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...