Türkiyədə körpələrə ən çox qoyulan ad “Alparslan” oldu

Türkiyədə körpələrə ən çox qoyulan ad “Alparslan” oldu
Qız adında birinci yerin sahibi “Zeynəb”dir

Türkiyədə körpələrə ən çox qoyulan adlar açıqlanıb. Sherg.az xəbər verir ki, demək olar ki, hər il birinci olan "Yusuf" adı "taxt"dan endirilib.

Daxili İşlər Nazirliyinin Əhali və Vətəndaşlıq Məsələləri Baş İdarəsindən yayılan məlumata görə, 2022-ci ildə 1 milyon 22 min 737 körpə əhali reyestrində qeydə alınıb.

2022 məlumatlarına görə, yalnız bir körpəyə verilən adlar da açıqlanıb.

Onların arasında Azra Akel, Elif Evin, İrmak Dila, Kerem Akil, Dilarə Hayat, Eylül Feza, Oğuz Umut, Tuna Mete və Kağan Celalın adları var.

Ötən il 15 min 836 əkiz, 373 üçəm, 7 dördəm və 1 beşəm doğulub.


Demək olar ki, hər il birinci olan “Yusuf” adı “Alparslan”la əvəzlənib.

Qız adında birinci yer “Zeynəb”dir.

Ən çox seçilən adlara baxdığımızda oğlan uşaqlarının 8 min 366-sına Alparslan, 6 min 303-nə Yusif, 5 min 72-nə isə Miraç adı verilib.

Bu adları sırasıyla Göktuğ, Ömər Asəf, Eymen, Aras, Ömər, Mustafa və Əli Asəf təqib eddib.

Ötən il 8 min 870 körpəyə Zeynəb adı verilib.

Bundan əlavə, 6 min 854 körpəyə Defne, 6 min 833 körpəyə isə Asel adı verilib.

Körpə qızlar üçün Zeynep, Defne və Asel adlarını sırasıyla Zümra, Elif, Asya, Azra, Nehir, Eylül və Ecrin izləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
248 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...