Pakistan XİN: İranın ərazimizə zərbəsi nəticəsində 2 uşaq həlak olub

Pakistan XİN: İranın ərazimizə zərbəsi nəticəsində 2 uşaq həlak olub
İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub.

“Report” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb”, – sənəddə qeyd olunub.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı “terror qruplaşmaları” olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...