Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin! - Deputatdan təklif

Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin! -
Milli Məclisdə Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adının verilməsi təklif edilib.

Modern.az xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Ötən gün “Qarabağ” futbol klubunun qələbəsi bizi sevindirdi. Bu səbəblə Ağdamda tikiləcək stadiona bizə bu sevinci yaşadan klubun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif edirəm. Dünya təcrübəsində də bu kimi hallar müşahidə etmişik. Məsələn, Şenol Güneş adına bu addım atılıb. Qeyd edim ki, Q.Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addımı ata bilərik. Bu məsələ haqqında düşünə bilərik”, -deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...