Nobel Sülh Mükafatına namizədlərin sayı məlum olub

Nobel Sülh Mükafatına namizədlərin sayı məlum olub
Payızda Norveçdə veriləcək 2024-cü il Nobel Sülh Mükafatı uğrunda 285 namizəd mübarizə aparır.

APA-nın Norveç Nobel İnstitutuna istinadla xəbərinə görə, mükafata 196 nəfər və 89 təşkilat namizəd olub.
Bir il əvvəl institut 351 nominasiyanı qeydə alıb və onların sayına görə rekord 2016-cı ildə qeydə alınıb - 376 iddiaçı.


Namizədlərin tam siyahısı ənənəvi olaraq ciddi şəkildə gizli saxlanılır və yalnız mükafatlar verildikdən 50 il sonra ictimaiyyətə açıqlana bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...