Azərbaycan klubunda baş məşqçi istefa ərizəsi yazdı

Azərbaycan klubunda baş məşqçi istefa ərizəsi yazdı
I Liqada çıxış edən “Difai”də baş məşqçi ayrılığı an məsələdir.

Ötən mövsümün lap əvvəlindən komandanı çalışdıran Elgiz Kərəmli istefa ərizəsi ilə rəhbərliyin qapısını döyüb.

Məsələyə ən qısa zamanda tam aydınlıq gəlməsi gözlənilir.

Keçən ildən etibarən birinci liqada yarışmağa başlayan “fədailər” debüt sezonunda 9-cu yeri tutub.

Qazilərin klubu cari “futbol ili”ndə də artıq ilk oyuna çıxıb. “Cəbrayıl”la Şamaxıda baş tutan qarşılaşma 0:1 hesabıyla yekunlaşıb./SPORTİNFO.AZ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...