“Azercell”in elan etdiyi yeni şərtlər müzakirə yaratdı – Şirkətdən açıqlama

“Azercell”in elan etdiyi yeni şərtlər müzakirə yaratdı –
“Azercell Telekom” MMC (“Azercell”) 1 fevral 2025-ci ildən etibarən fakturasız nömrələr üçün yemi şərtlər tətbiq edəcək.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri bütün fakturasız nömrələrə tətbiq olunacaq aylıq xidmət haqqıdır.
Belə ki, gələn il fevralın 1-dən etibarən abunəçilər bir ay ərzində 2 AZN-dən az balans istifadə etdikləri halda həmin nömrəyə 2 AZN (ƏDV daxil) məbləğində aylıq xidmət haqqı tətbiq ediləcək. Ay ərzində 2 AZN-dən çox balans istifadə edənlərə isə aylıq xidmət haqqı tətbiq edilməyəcək.
Həmçinin aylıq xidmət haqqı hesablanarkən “Paycell” və “Simkredit” xidmətlərindən istifadə nəzərə alınmayacaq.
“Təqvim ayı bitdikdən sonra, növbəti ay (aylar) ərzində, balansda kifayət qədər vəsait olduqda müvafiq təqvim ayına aid olan aylıq xidmət haqqının tam məbləği balansdan çıxılır. Balansda kifayət qədər vəsait olmadıqda isə aylıq xidmət haqqı məbləği tam ödənilənədək balansdakı qalıq məbləğə müvafiq olaraq ardıcıllıqla hesabdan silinir. Balansda kifayət qədər məbləğ olmadığı təqdirdə müvafiq aylıq xidmət haqqı məbləği və ya qalıq hissəsi növbəti balans artırma zamanı hesabdan avtomatik olaraq çıxılır”, - şirkətin məlumatında deyilir.
İstifadəçilər arasında ən çox müzakirə olunan mövzu isə heç bir xidmət göstərilmədən balansdan aylıq xidmət haqqının tutulmasının istehlakçı hüuülarına zidd olub-olmaması ilə bağlıdır.
“Azercell Telekom” MMC-dən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər Azercell tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri (“KİV”) ilə bu müqavilədə müəyyən edilmiş qaydada abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər:
“Bildiririk ki, müvafiq dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilib”.
Yeni şərtlərə, həmçinin fakturasız nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq müəyyən edilən kartın istifadə müddətinin + 90 gün təyin edilməsi də daxaildir. Belə ki, indiyədək danışıq kartının istifadə müddəti bitdikdə, nömrənin xətti 180 gün (+180) birtərəfli qaydada bağlı qalır, balansa vəsait yüklənilməsə nömrə ləğv edilirdi. İndi bu müddət 90 günə endirilir.
Qeyde dək ki, şirkət yeni şərtlərin tətbiqini təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi ilə əlaqələndirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...