Bakıda ev sahibəsi kirayə haqqını ödəməyən qadını necə cəzalandırdı?

Bakıda ev sahibəsi kirayə haqqını ödəməyən qadını necə cəzalandırdı?

Bakıda ev sahibəsi kirayə haqqını ödəməyən qadını ilginc şəkildə cəzalandırıb. Musavat.com xəbər verir ki, o, kirayənişinini iki gün mənzilin bağlı qapısı arxasında saxlayıb. Hadisə Qaradağ rayonunda baş verib. Ev sahibəsi tərəfindən cəzalandırılan qadın - Şəki rayon sakini, 1994-cü il təvəllüdlü Mələk Xəlilova Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsinə müraciət edərək bu haqda məlumat verib.

O bildirib ki, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən kirayə yaşadığı evin pulunu ödəmədiyi üçün ev sahibəsi, 1962-cü il təvəllüdlü Xeyransa İsayeva evin qapısını qıfılla bağlayaraq onu iki gün azadlıqdan məhrum edib. M.Xəlilovanın şikayəti ilə bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...