“WhatsApp”dan YENİLİK: Telefona ehtiyac qalmadı

“WhatsApp”dan YENİLİK:


Bu gündən etibarən “WhatsApp” istifadəçiləri kompüter vasitəsilə də mesencerdən faydalana biləcək.

AzVision.az-ın məlumatına görə, bundan sonra kompüterləri “Windows” və “MAC” əməliyyat sistemlərində çalışan istifadəçilər mesencerin tətbiqini yükləməklə ondan yaralana biləcək. Bunun üçün whatsapp.com saytına daxil olaraq müvafiq proqramı yükləmək lazımdır. “WhatsApp”-ın yeni versiyasını bu LİNK vasitəsilə yükləyə bilərsiniz.

Qeyd edək ki, 15 ay əvvəl də istifadəçilər kompüterdə “WhatsApp”dan yararlana bilərdilər. Bunun üçün istifadəçi web.whatsapp.com saytına daxil olmalı idi. Daha sonra istifadəçi telefonda quraşdırılan “WhatsApp”a daxil olaraq “Menyu – WhatsApp Web” səhifəsinə daxil olurdu. Brauzerdə müvafiq QR kodu skan etdikdən sonra istifadəçi kompüterdə “Whatsapp”-dan istifadə edirdilər.

Xatırladaq ki, dünyada ən çox istifadəçiyə malik olan sosial şəbəkə “Facebook” “WhatsApp” messencerini alıb. Şirkət rəhbərliyi bunun üçün 19 milyard dollar verib. Hazırda “WhatsApp” istifadəçilərinin sayı bir milyardı keçib.“WhatsApp” 2009-cu ildə “Yahoo” əməkdaşları tərəfindən yaradılıb. Hazırda bu proqramı smartfonların əsas əməliyyat sisteminə yükləmək olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...