BDU-da “Heydər Əliyev və folklor” mövzusunda elmi seminar

BDU-da “Heydər Əliyev və folklor” mövzusunda elmi seminar

Bakı Dövlət Universitetinin filologiya fakültəsində “Heydər Əliyev və folklor” mövzusunda elmi seminar keçirilib. GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, müəllim, magistr və tələbələrin iştirakı ilə keçirilən seminarı açan dekan, dosent Məhərrəm Vəliyev ümummilli lider Heydər Əliyevin siyasi irsindən, ədəbiyyata diqqətindən danışıb.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova elmi seminarın vacibliyinə diqqət çəkərək ulu öndər Heydər Əliyevin ədəbi prosesin inkişafı üçün yaratdığı əvəzsiz rolundan söz açıb. Sonra kafedranın magistrantları mövzu ətrafında məruzələr ediblər. Aşıq Samirin Heydər Əliyevlə bağlı ifası,dahi liderin həyatı ilə bağlı video çarxlar seminara rəng qatıb. Sonda professor Leyla Gərayzadə ulu öndərlə bağlı xatirələrindən danışıb.


BDU-da “Heydər Əliyev və folklor” mövzusunda elmi seminar
BDU-da “Heydər Əliyev və folklor” mövzusunda elmi seminar



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...