Azercell-dən “Samsung S6 Edge” ən sərfəli şərtlərlə

Azercell-dən “Samsung S6 Edge” ən sərfəli şərtlərlə

Ölkənin lider mobil operatoru Azercell Telekom Fakturalı Xətt abunəçiləri üçün çox sərfəli “Samsung S6 Edge“ kampaniyasına başlayır. 23 may tarixindən etibarən kampaniya çərçivəsində bütün mövcud, və Azercell şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri Ekspres Ofislərinə müraciət edərək güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərinə qoşulub “Samsung S6 Edge“ telefonunu əldə edə bilər. Telefonu əldə etdikdən sonra abunəçi 12/18 faktura dövrü ərzində aşağıdakı cədvələ uyğun olaraq aylıq abunə haqqı ödəməli olacaq:

Tarif paketinin adı “Samsunq S6 Edge” markalı cihaz ilə bağlı 12 Faktura dövrü ərzində ödənilən paketin və cihazın cəmi haqqı (ƏDV daxil) “Samsunq S6 Edge” markalı cihaz ilə bağlı 18 Faktura dövrü ərzində ödənilən paketin və cihazın cəmi haqqı (ƏDV daxil)


Hədsiz 139 AZN 109 AZN
Hədsiz Zəng 119 AZN 89 AZN
Hədsiz İnternet 109 AZN 79 AZN

Nəzərinizə çatdıraq ki, kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və “Hədsiz İnternet” tarif paketləri növbəti gündən aktivləşdirilir. “Hədsiz Zəng” tarif paketinə qoşulan abunəçilərə 2 faktura dövrü ərzində 1GB aylıq internet paketi sifariş edildikdə 2 dəfə pulsuz yararlanma imkanı təqdim olunur. Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən Azercell Ekspres və ya Müştəri Xidmətləri ofislərinə müraciət edə bilər.

Azercell bundan sonra da öz abunəçilərinə sərfəli şərtlərlə müxtəlif yeni kampaniya təklif etməkdə davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...