Oğurlanan maşın polisdən tapıldı - BAKIDA KURYOZ

Oğurlanan maşın polisdən tapıldı -


Bakıda qaçırıldığı ehtimal olunan avtomobil tapılıb. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, Elmir Tapdıqov bir neçə gün əvvəl polisə müraciət edərək özünə məxsus “Mitsubishi Pajero” markalı, 90 LO 919 dövlət nömrə nişanlı avtomobilin qaçırıldığını bildirib.

Həyata keçirilən axtarışlar nəticəsində qaçırılmış avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin 11 saylı cərimə meydançasında tapılıb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...