Etibar Hüseynov: ''ATV-də mənə qarşı əclaflıq edilib''

Etibar Hüseynov: ''ATV-də mənə qarşı əclaflıq edilib''


Sabiq millət vəkili, tanınmış tele-jurnalıst, “Sitatın sonu” verilişinin aparıcısı Etibar Hüseynov sosial şəbəkədəki səhifəsində ATV kanalını tənqid atəşinə tutmasına aydınlıq gətirib.

Gununsesi.info həmin statusu olduğu kimi təqdim edib: “Neçə gündür kı, inboksuma yazan dostların bir çoxu sual edır- “ATV-yə qarşı yazdıqların, (ATV-nin “Yoxlama” verilişiylə şamaxılı sahibkar arasında baş verən insidentlə bağlı yazdığım statuslar nəzərdə tutulur) “Sıtatin sonu”nun bağlanmasıylamı əlaqədardır? Düzü, birmənalı cavab vermək çətindir. Çünki hamıya məlumdur ki, mən ölkədə və dünyada baş verən bütün önəmli hadisələrə onsuz da Fb-də münasibət bildirirəm. Amma səmimi olacam. Bəli, verilişimin bağlanmasının bu məsələdə tutduğum mövqeyə aidiyyəti var - özü də birbaşa. Çünki ATV-də mənə qarşı, sözün əsl mənasinda, əclaflıq edilib. Həyatımın bəlkə də ən böyük pisliyini onlardan görmüşəm. Bunun da nəticəsində 7 aydır ki, işsizəm. Son illərin ən sıxıntılı, əsəb və depressiya dolu günlərini yaşayıram. Və bunun da əvəzini çıxmağa çalışacam. Nəyin bahasına olursa da olsun.

E.Hüseynov fikirlərini belə davam etdirib:

"Əslində, bu məsələni ıctımailəşdirməyi sentyabr ayı üçün nəzərdə tuturdum. Amma erkənləşdi. Olsun.

2013-cü ilin prezident seçkilərindən bir qədər sonra (dekabr ayının sonlarında) rəhbərliyin icazəsiylə “Sitatın sonu” nu saxlayıb məzuniyyətə çıxdım. Yanvarın sonuna yaxın verilişi bərpa etmək istəyəndə rejissor proqramın rəhbərlik tərəfindən dayandırıldığını söylədi. Səbəbini soruşmaq üçün aşağıdan yuxarıya kimə telefon açdımsa da, hər kəs dəstəyi qaldırmayıb, gizləndi. Bu proses təxminən bir həftə davam elədi. Sonunda məsələ ictimailəşdi. Və saytlarda bu barədə informasiya gedər-getməz həmən o “yağlı əppəyə çevrilib, göyə çəkilən” rəhbərlik nümayandələri həmin dəqiqə zəng edib riyakarcasına üzrxahlıq etdilər, əməllərinə minbir don geyindirdilər və.s. Nə isə.

“Başına gələn- başmaqçı olar” deyiblər. Ona görə də 2015-in dekabrında ("Sitatın sonu"nun yubiley - 1000-ci sayını hazırlayıb) növbəti dəfə məzuniyyətə çixanda ATV rəhbərliyindən dönə-dönə ”Yanvarda verilişin bərpasında yenə də problem yaşanmayacaq ki?”, - deyə soruşdum. Mənə “heç bir problem yoxdur”- deyib and-aman etdilər. Amma… Amma yenə də 2013-cü il ssenarisi təkrarlandı. (Və üstəgəl artıq millət vəkili də deyildim deyə, bu dəfə qorxacaqları, çəkinəcəkləri bir səbəb də yoxuydu) Bu artıq 7 aydır ki, davam edir. Yəqin ki, hamını “bəs səbəb nədir?”-sualı maraqlandırır. Səbəb bir və çox sadədir- “Sitatın sonu”na ayırdıqları həftəlik 5-6 dəqiqəlik "Prime time"-da da reklam yerləşdirib para qazanmaq. Heç bir qazanc gətirməyən bir ictimai-siyasi proqram onların nəyinə lazımdır ki? Və təbii ki, hər iki cəbhədə (cinahda) yaxşı olmaq, bir əldə iki qarpız tutmaq, bir gülləylə iki dovşan vurmaq, nə şiş yansın, nə kabab... və.s və.i tipli dərininə getmək istəmədiyim bir sürü məqamlar.

P.S. Dəfələrlə kəskin ictimai qınaq, o cümlədən MRTŞ-nin qərariyla bağlı ATV-nin bir çox verilişləri dayandırılıb . Amma heç bir ay keçməmiş həmin aparıcının təqdimatında başqa adla veriliş efirə qayıdıb. Səbəb bəlli.

Amma nikbinəm. Sentyabrda məhkəmə yoluyla da olsa proqramın bərpasına nail olmağa çalışacam. Çünki “Sitatın sonu” mənim üçün doğmadır, əzizdir. Bu veriliş həyatımın bir parçasıdır. Onu canım və qanım bahasına ərsəyə gətirib, populyarlaşdırmışam. Və hansısa soubazların nəfsinə qurban vermək fikrində deyiləm. Sonunda (variant olmasa ) özüm çəkib, özüm də yaylmlayacam. (Youtube ve Sosial şəbəkələr vasitəsiylə olsa belə). Sitatın Sonu…”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
800 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...