Bakıda Məhəmməd Əli üçün ehsan veriləcək

Bakıda Məhəmməd Əli üçün ehsan veriləcək

Sabah Buzovna qəsəbəsində yerləşən Məşədi Qərib məscidində, Hacı Soltanın təşkilatçılığı ilə, əfsanəvi boksçu Məhəmməd Əlinin 3 mərasimi ilə əlaqədar ehsan veriləcək. Bu barədə "Sputnik"-ə Hacı Soltan məlumat verib. O bildirib ki, Ramazan ayı olduğu üçün, mərasim axşam saat 19.00-da başlayacaq, ardınca iftar süfrəsi veriləcək. Hacı Soltan əfsanəvi boksçu haqqında kitab yazdığını da qeyd edib.

"1997-ci ildə ilk dəfə olaraq Məhəmməd Əli haqqında kitab yazmışam. Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də kitaba rəy yazıb. O, sonralar mənə Məhəmməd Əli ilə görüşə getmək təklifi etsə də, bəzi işlərimlə əlaqədar gedə bilmədim", - Hacı Soltan bildirib.

Onun sözlərinə görə, əfsanəvi boksçu ilə görüşə gedə bilməsə də, Məhəmməd Əli ona öz imzası ilə, 300 rəsminin yer aldığı albomunu göndərib: "Bir sözlə, bizim qiyabi dostluğumuz olub". Təşkilatçı sabahkı ehsan mərasiminə bir çox idmançıları və digər ictimai xadimləri dəvət etdiyini də bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
751 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...