ABŞ Maliyyə Nazirliyi: “İŞİD 2015-ci ildə 1 mlrd. dollar gəlir əldə edib”

ABŞ Maliyyə Nazirliyi: “İŞİD 2015-ci ildə 1 mlrd. dollar gəlir əldə edib”


İŞİD terror qruplaşması 2015-ci ildə 1 mlrd. dollaradək gəlir əldə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ maliyyə nazirinin müavini Deniel Qleyzer bildirib.

“İŞİD neft və qaz satışı, xaricdən gələn köçürmələr, insan alveri və bank hesablarından oğurluq çıxarılan pullar hesabına gəlir əldə edir. Bizim hesablarımıza görə, İŞİD 2015-ci ildə 1 mlrd. dollar gəlir əldə edib, bunun yarısı nəzarətdə olan ərazilərdə neft satışının payına düşür”, - deyə o Konqresdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İŞİD nəzarət etdiyi ərazilərdə əhalinin pul vəsaitlərini almaqla, həmçinin maliyyə və ticarət fəaliyyəti ilə məşğul olmaqla ildə 350 mln. dollar əldə edir. Həmçinin, terrorçular 2014-cü ilin sonunda və 2015-ci ilin əvvəlində İraqın şimalında və qərbindəki dövlət banklarını ələ keçirməklə böyük məbləğdə pulları mənimsəyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...