Milli Qəhrəmanın nəvəsi kömək istəyir - FOTO

Milli Qəhrəmanın nəvəsi kömək istəyir -


4 yaşlı Həsənli Mədinə kəskin leykoz ( qan xərçəngi) xəstəliyindən əziyyət çəkir.

Ailəsinin Femida.az-a verdiyi məlumata görə 4 yaşlı Mədinəni müalicə etdirməyə artıq imkanları çatmır. Onun aylıq müalicəsi xeyli pul edir. Anasının sözlərinə görə, Mədinənin müalicəsi Türkiyədə, Almaniyada və İsraildə mümkündür. Ana 4 yaşlı övladının itirməmək üçün imkanı olan şəxslərdən kömək etmələrini xahiş edir.

Xatırladaq ki, Həsənli Mədinə Milli Qəhrəman Rəfiyev Faiq Qəzənfər oğlunun qız nəvəsidir. Faiq Rəfiyev 1992-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Həsənli Mədinəyə yardım etmək istəyənlər bu hesaba pul köçürə bilərlər.

Milli Ön aparatı ilə ödəmə hesabı : 380 194 400 651 815 902
Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi :087 886 46
Əlaqə nömrəsi: 055 296 06 80


Milli Qəhrəmanın nəvəsi kömək istəyir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
774 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...