Erkin Qədirlini ölkədən çıxmağa qoymadılar

Erkin Qədirlini ölkədən çıxmağa qoymadılar

ReAL hərəkatının liderlərindən olan Erkin Qədirli bu gün xaricə gedərkən saxlanılıb. Virtualaz.org bildirir ki, bu barədə E.Qədirli özü sosial şəbəkədəki səhifəsində status yazıb.

E.Qədirlinin yazdığına görə, o, bu səhər Türkiyə'yə istirahətə getmək istəyirmiş. Bu məqsədlə də Heydər /liyev adına Beynəlxalq hava Limanına gedib: "Hava limanında uçuşa qeydiyyatdan və sərhəd yoxlamasından keçmişdim (pasrpotuma çıxışa icazə verən möhür vurulmuşdu). Amma sərhədi keçdiyim an məni dayandırdılar. Dedilər ki, möhür yanlış vurulub, ölkədən çıxmağıma qadağa qoyulubmuş. Pasportumda çıxışa icazə verən möhürün üstündən "Ləğv olundu" vurdular və məni geri qaytardılar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...