Robert Prosineçki: 'Bizə çox problem yaradacaqlar'

Robert Prosineçki: 'Bizə çox problem yaradacaqlar'


“İspaniya və Xorvatiya yığmaları bu Avropa çempionatında ən yaxşı oyun göstərən komandalardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Ölkəsinin mətbuatına danışan xorvatiyalı çalışdırıcı AÇ-2016 haqda fikirlərini bölüşüb. O bildirib ki, Xorvatiya Fransadakı turnirdə özünü yaxşı tərəfdən göstərir: “Modriçli Xorvatiya yığması inamlı təsir bağışlayır. Bizim vaxtımızda Xorvatiya dünya üçüncüsü adını qazanmışdı. Yenə böyük turnirdə nəticə qazanmaq vaxtıdı”.

Çexiya ilə görüşdə xorvatiyalı azarkeşlərin meydana məşəl atmasına toxunan Prosineçki bu gün keçiriləcək Xorvatiya – İspaniya matçı barədə də danışıb: “Çexiya ilə oyunda o hərəkəti radikal azarkeşlər etdilər və onlar bunu İspaniya ilə matçda da təkrarlamağa çalışacaqlar. Onu da deyim ki, ispanlar bizə çox problem yaradacaqlar. Heç şübhəsiz, oyunun favoriti İspaniyadı. Ancaq bizim yığma da yaxşı komandadı. Turnirin favoritləri sırasında İtaliyanın da adını çəkmək lazımdı. Onlar həmişə varlıqlarını hiss etdirirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...