ŞAİR BƏRAƏT İSTƏYİR

ŞAİR BƏRAƏT İSTƏYİR


Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən şair Saday Şəkərlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Saday Şəkərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət hökmünün verilməsini istəyib. S.Şəkərlinin şikayətinə iyunun 29-da hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

İttihama görə, Bakı şəhər sakini S.Şəkərlinin külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, S.Şəkərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...