"Zidanın anasına yox, bacısına söymüşəm" VİDEO

"Zidanın anasına yox, bacısına söymüşəm"


42 yaşlı sabiq müdafiəçi 10 il öncə baş verən hadisədən danışdı. İtaliya yığmasının qalmaqallı sabiq müdafiəçisi Marko Materatsi Zinəddin Zidan ilə 2006-cı ildəki Dünya çempionatının final matçındakı konfliktindən danışıb. ANS PRESS-in məlumatına görə, 42 yaşlı sabiq müdafiəçi həmin epizoda görə çox məyus olduğunu etiraf edib.

“Mən axmaqlıq etmişəm. Amma sərt tənqid olunmağa layiq deyiləm. Neapolda, Milanda, Romada və yaxud Parisin küçələrində daha sərt söyüşlər eşitmək olar. Mən onun anasına söyməmişəm. Mənim 15 yaşım olanda anam ölüb.

Mən heç vaxt başqasının anasına söz demərəm. Mən onun bacısına söymüşəm. Hazırda artıq bunun fərqi yoxdur. Mən heç kimə kin saxlamıram”.

"Zidanın anasına yox, bacısına söymüşəm"

2006-cı ildəki Dünya çempionatında İtaliya ilə Fransa qarşılaşmışdı. Qarşıdurma 1:1 hesabı ilə bitib. Penalti seriyasında italyanlar 5:3 hesablı qələbə qazanıb. Həmin matçda Zidan Materatsiyə kəllə zərbəsi vurmuşdu.

Oyunun baş hakimi əslən əlcəzairli olan əfsanəvi futbolçunu bu hərəkətinə görə meydandan qovmuşdu.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...