İtaliyada iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 20-yə yüksəlib

İtaliyada iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 20-yə yüksəlib


İtaliyanın cənubunda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, hadisə Puqlia bölgəsində Corato və Andria qəsəbələri arasında baş verib. Toqquşma nəticəsində qatarların vaqonları reysdən çıxıb. Qəza nəticəsinə içəridə sıxılmış vəziyyətdə qalan insanların olduğu bildirilirdi. Hadisə yerinə xilasetmə və təcili tibbi yardım maşınları göndərilib.

Qəzanın tək xətli dəmiryolunda qatarlardan birinin yaşıl işığı gözləmədən keçməsi səbəbindən baş verdiyi ehtimal edilir.

***

İtaliyanın cənubunda iki qatar toqquşub. APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Bari istiqamətində qatarların toqquşması nəticəsində azı 10 nəfər ölüb. Onlarla insanın yaralandığı bildirilir. Hadisə yerinə yanğınsöndürənlər göndərilib.


İtaliyada iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 20-yə yüksəlib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...