Əfqanıstanda da “ASAN Xidmət” yaradıldı

Əfqanıstanda da “ASAN Xidmət” yaradıldı


Azərbaycan modelinin tətbiqi üçün iki ölkə rəsmiləri Anlaşma Memorandumu imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında səfərdədir.

“ASAN Xidmət”dən Oxu.Az-a verilən məlumata görə, ötən gün Əfqanıstan prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Maliyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi Azərbaycanın “ASAN Xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizminin təsis edilməsidir.

Artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib - LİNK



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...