Portuqaliyanı çempion edən oyunçu "Qalatasaray"da

Portuqaliyanı çempion edən oyunçu "Qalatasaray"da


Türkiyənin "Qalatasaray" klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, İstanbul təmsilçisi "Lill"in hücumçusu Eder Lopesi transfer siyahısına daxil edib.

"Sarı-qırmızılar" Fransa klubunda 1,2 milyon maaş alan forvarda ikiqat əməkhaqqı təklif etməklə, onu İstanbula gətirmək istəyir. Yayılan məlumata görə, hücum xəttində problemlər yaşayan "aslanlar" Eder üçün artıq "Lill"ə rəsmi təklif göndərib.

"Avro-2016"nın finalında vurduğu qolla Portuqaliya millisinə çempionluğu qazandıran Ederin Fransa klubu ilə 2020-ci ilə qədər sözləşməsi var. Avropa çempionatının qalibi Portuqaliya yığması ötən gün vətənə dönüb. Lissabonda milli komandanı qarşılamaq üçün minlərlə insan küçələrə axışıb.

Yığma komandanın futbolçularını ölkənin prezidenti rəsmi iqamətgahına qonaq edib. "AVRO-2016"nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb. Yeganə qolun müəllifi “Lil” klubunun futbolçusu Eder olub.


Portuqaliyanı çempion edən oyunçu "Qalatasaray"da



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...