Türkiyədə 11 jurnalist ölkədən qaçdı

Türkiyədə 11 jurnalist ölkədən qaçdı


Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan araşdırma nəticəsində barələrində həbs qərarı çıxarılan jurnalistlərdən 11 nəfəri ölkədən qaçıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədən qaçan jurnalistlərin adları açıqlanıb. Abdullah Abdülkadir, Bilal Şahin, Bülent Ceyhan, Fatih Akalan, Fatih Yağmur, Kamil Maman, Mahmut Hazar və Selahattin Selvi, Ahmet Dönmez, Turan Görüryılmaz və Ufuk Emin Köroğlu FETÖ ilə bağlı istintaqın aparıldığı müddətdə ölkəni tərk ediblər. Qeyd edək ki, İstanbul prokurorluğu 42 jurnalistin həbsi barədə qərar verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...