Millət prezidentinin arxasında dayanmalıdır...

Millət prezidentinin arxasında dayanmalıdır...


Qardaş Türkiyədə 15 iyul tarixində yaşanılanlar əslində bir məktəb idi. Ölkəsini müasir dünyanın "demokratiya hoqqabazlarının" əli ilə Əfqanıstanın, İraqın, Livanın, Suriyanın gününə düşməsini arzulamayan Türkiyə türkləri prezidentlərinin, dövlətlərinin arxasında dayandılar. Millət dövlətlə birliyini nümayiş etdirdi və nəticədə qazanan MİLLƏT VƏ DÖVLƏT oldu.

Kimsə onların səfini poza bilmədi. Hətta əlində böyük bir ordu olan, Türkiyənin az qala bütün dövlət qurumlarına, Türkiyə dövlətinin iliyinə qədər işləmiş məlum FETÖ-çu şəbəkə bunca imkanlarına rəğmən məhz XALQIN GÜCÜNÜN - XALQIN İRADƏSİNİN qarşısında aciz qaldılar.

Bundan kimlərin pərişan olduğu gün kimi aydındır, apaçıq ortadadır. Dünənə qədər "demokratikləşməni" bəhanə edib Azərbaycanın da yerləşdiyi, ucundan-qulağından aid olduğu regionu rəsmən xarabalığa çevirən Qərb dairələri - başda ABŞ olmaqla Türkiyədə rəsmən MƏĞLYB OLDULAR. Türkiyə türklərinin nümayiş etdirdiyi MİLLİ İRADƏ sayəsində onların ağızları ovuldu və bu günə qədər büdrəmədən icrasını həyata keçirdikləri idbar planları durmaq zorunda qaldı.

Əslində 15 İyun tarixində canını fəda edən Türkiyə türkləri təkcə Türkiyəni yox, bütünlükdə olaraq regionu, eloəcə də Azərbaycanı xilas etmiş oldular.

Onlar bunu bacardılar. Əllərindəki tək silahları bağırlarına basdıqları bayraqları, baş tacı etdikləri dövlətləri idi. Onların qarşısında kimsə dayana bilməzdi də. Şünki MİLLƏTLƏ DÖVLƏT VƏHDƏT təşkil edirdi. Bu vəhdəti poza biləcək qüvvə mövcud deyil.

Digər nümunələrə də nəzər salaq. Bu gün Ukraynanın keçmiş dövlət başçısı Yuşşenko yana-yana deyir ki, Ukraynada savaşdan öncə keçirilən sorğuda əhalinin 70 faizi öz ölkəsində Rusiya prezidenti Vladimir Putini prezident görmək istəyirdi. Yuşşenko xalqı, xalqın bu cür düşüncəsini məhz sonrakı işğal üçün ZƏMİN hesab edir.

Bu faktdır ki, hansı ünvanda millətlə dövlətin vəhdəti pozulursa, həmin ünvan düşmən oylağına çevrilir.

Şükürlər olsun ki, Azərbaycanda ümumi anlamda MİLLƏT-DÖVLƏT vəhdəti mövcuddur və düşmənlərimizin də bu günə qədər sarsıtmaq istədiyi, hədəfə aldığı da məhz bu VƏHDƏTDİR!

İllərdir Azərbaycanda "demokratiya" adına fəaliyyət göstərən beynəlxalq təşkilatların işləklərinə nəzər saldıqda bir ANA XƏTT diqqəti cəlb edir: Adamlar özlərinin donorluq etdikləri bütün layikələrdə yalnız bir məqamı incələyiblər - Bu məmləkətin insanlarını hansı müstəvilərdə parçalamaq olar...

Maləsəf ki, bizim bəzi psevdodemokratiya aşiqlərimiz də həmin dairələrin əlində könüllü şəkildə maşa olublar.

Ürəlağrıdanı odur ki, bəzi qrant sevdalıları bilərəkdən, ya bilməyərəkdən Azərbaycanın etnik rəngarəngliyini, zəngin dini palitrasını qeyd olunan dairələr üçün parçalanma nöqtələri olaraq yetərincə incələyiblər. Bütün bunlar FAKTDIR!

Çünki onlar illərdir Azərbaycanda məhz parçalayıcı məqamları araşdırıblar, illərdir Azərbaycanda məhz MİLLƏT-DÖVLƏT birliyini poza biləcək faktorları araşdırıblar.

Bu müstəvilərdə yetərsiz olduqlarını görüncə, siyasi narazıların xidmətlərindən yararlanıblar və burada da kütləviliyə nail olmayınca əslində KÜTLƏVİ RAZILIĞI - KÜTLƏVİ QORXAQLIQ kimi təqdim edərək hansısa "JEK" işçisindən narazı olanı belə birbaşa olaraq DÖVLƏTLƏ üz-üzə qoymağa çalışıblar. Bu gün də eni siyasəti davam etdirilər.

Amma hər zaman uğursuz olublar və bundan sonra da uğursuz olacaqlar. Çünki onların hətta reklamına milyonları sərf etdikləri "DEMOKRATİYA AŞİQLƏRİ" belə bu gün Azərbaycan xalqı üçün heç bir halda İCTİMAİ RƏĞBƏT ünvanı olmayıb və ola da bilməz. Çünki Azərbaycan xalqı gözəl anlayır ki, istənilən bir mexanizmdə, idarəetmədə minusların olması belə təbiidir və əgər bu minusların aradan qaldırılmasına çalışılırsa, hətta həmin siyasi oyunbazların belə ortaya çıxardığı əskikliklərin belə aradan qaldırılması yönündə real addımlar atılırsa, deməli, ortada hansısa FACİƏVİ DURUM möbcud deyil və hadisələrin, əksinə olaraq süni şəkildə FACİƏVİLƏŞDİRİLMƏSİ yalnız və yalnız düşmən marağına xidmət etdiyindən heç bir halda İCTİMAİ DƏSTƏYİ qazana bilməz. Bunu xalq gözəl anlayır...

Yuxarıda qeyd etdiyim misallardan da aydın olur ki, həm MİLLƏT və həm də DÖVLƏT bir yerdə olduqları zaman güclü olur, inkişaf edir. Bu gün qardaş Türkiyənin timsalında gördüklərimiz bizim üçün gözəl nümunədir. Və biz də əslində var olan GÖZƏLLİYİMİZİ - MİLLƏT-DÖVLƏT birliyimizi daha da uca tutaraq sonuna qədər DÖVLƏTİMİZİN yanında olmalıyıq. Bu zaman Qarabağ problemi bizim üçün çox cılız görünəcək. Necə ki, 2 Aprel döyüşlərindən sonra belə də oldu. Artıq hər kəs Qarabağı savaşla geri ala biləcəyimizə əmindir. Hətta Rusiya faktoruna rəğmən hər kəs belə düşünür. Dünənə qədər ordumuzun problemlərini süni şəkildə üfürüb şişirdənlər, gözə soxanlar belə ORDUMUZUN QÜDRƏTİNİ vəsf edərək "nədən dayandıq, daha da irəli gedib, daha çşox torpağı azad edə bilərdik" deyərək deyinirsə, deməli, bütün bunlar MİLLƏT-DÖVLƏT birliyinin təzahürüdür, nəticəsidir.

Bu birlik təbii ki, davamlı və möhkəm olmalıdır ki, gerçəkdən də DAVAM EDƏ BİLƏK! Həm Qarabağ cəbhəsində, həm də inkişaf istiqamətində!!!

Qarşıdan referendum tarixi gəlir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum sentyabrın 26-da keçiriləcək.

Prezident Əliyev İyul ayının 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalamışdı.

Artıq Azərbaycan Konstitusiya Məhkəməsi, prezident Əliyevin təklif etdiyi Konstitusiyaya dəyişikliyi nəzərdə tutan Referendum Aktı layihəsini müzakirə edərək müsbət rəy verib.

Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.

Təklif olunan dəyişiklər arasında Azərbaycanda vitse-prezidentlik postunun yaradılması da var.

Hər bir Azərbaycan vətəndaşı gözəl anlayır ki, referendumda təsdiqlənəcək (buna şübhə yoxdur, çünki MİLLƏT bu dəfə də DÖVLƏTİNİN arxasında dayanacaq) dəyişikliklər məhz onun DÖVLƏTİNİ daha da gücləndirən şəraiti rəsmiləşdirmiş olacaq. Bizlər Ukraynada olmayan və bunun da səbəbindən əslində kənardan nəhəng bir dövlət kimi gördüyümüz Ukraynanın dizini yerə gətirən DÖVLƏT aparatımızı daha da etibarlı etmək üşün bu dəfə də DÖVLƏTİMİZİN yanında dayanacağıq. Bunun özü də bir İNQİLABDIR!

Bu inqilabı isə Azərbaycan xalqı öz prezidentinin - İlham Əliyevin liderliyi ilə sevə-sevə həyata keçirəcək...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1018 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...