Əməkdar jurnalistin 60 yaşı tamam olur

Əməkdar jurnalistin 60 yaşı tamam olur


Əməkdar jurnalist Faiq Sadıqovun 60 yaşı tamam olur.

Faiq Sadıqovun əmək fəaliyyətinin əsas hissəsi Azərbaycan milli teleradiosu ilə bağlıdır. O, 1978-ci ildə Teleradio Komitəsinin Yevlax radio verilişləri redaksiyasında redaktor kimi işə başlayıb. Qarabağ müharibəsi başlayandan əsgər paltarı geyinərək könüllü olaraq “Ədalət” qəzetinin cəbhə müxbiri kimi müxtəlif döyüş nöqtələrinə yollanıb. Qanlı vuruşmalar barədə verdiyi operativ xəbərlər, müharibənin ağrı-acılarını əks etdirən publisistik yazılar o dövrdə Azərbaycan mətbuatında ən maraqla qarşılanan yurnalist yazıları olub. Fədakar jurnalistin həmin yazılarının toplandığı “Qarabağdan xəbər var…” kitabı müharibə haqqında əsil həqiqətləri tarixi xronoloji ardıcıllıqla əks etdirən nadir nəşrlərdən biridir. Faiq Sadıqov 20 ildən çoxdur Televiziyanın “Xəbərlər” redaksiyasında işini davam etdirir.

Elə həmin dövrdən ona dövlət həyatının ən mühüm ictimai- siyasi hadisələri barədə materialların hazırlanması etibar olunub və bu gün də bu şərəfli missiyanı uğurla davam etdirir. Təsadüfi deyil ki, o, Az.TV-nin xüsusi müxbiri kimi Ulu öndər Heydər Əliyevi və Prezident İlham Əliyevi çoxsaylı xarici və daxili səfərlərində müşayət edib. Dövlət başçısının 2011-ci ilin noyabr ayında imzaldığı Sərəncamla Faiq Sadıqov “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Vətənpərvər, zəhmətkeş, xalqına, dövlətə və dölətçiliyə sədaqətlə xidmət edən həmkarımızı 60 illik yubileyi münasibətilə təbrik edirik!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...