Ayxan Mamayev məzunu olduğu BDU tərəfindən mükafatlandırıldı FOTOLAR

Ayxan Mamayev məzunu olduğu BDU tərəfindən mükafatlandırıldı

Bu gün Bakı Dövlət Universitetində Bakı-2015 Avropa oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal sahibi, universitetin tətbiqi-riyaziyyat və kibernetika fakütəsinin 2014-cü il məzunu Ayxan Mamayev və Avropa oyunlarında 2 uğurlu çıxışı ilə yadda qalan filologiya fakültəsinin 2-ci kurs tələbəsi Fəridə Abiyeva ilə görüş keçirilib.

Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Bakı-2015 Avropa oyunlarının doğma vətənimizdə keçirilməsi tarixi hadisə, böyük nailiyyət və uğurumuzdur. Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti, həmin siyasətin prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanı dünya miqyasında çox etibarlı tərəfdaş və dost kimi tanıda bilmişdir. Bu oyunlar Avropa idman tarixində yeni səhifə açmaqdadır. Bu tarixin açılmasına və yazılmasına ölkə prezidenti İlham Əliyev, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Azərbaycan ictimaiyyəti, minlərlə könüllü Azərbaycan gənci dəstək verməkdədir.

Oyunlarda 250 istiqamət üzrə 3000 universitet könüllüsünün fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor qızıl medal sahibi Ayxan Mamayevi təbrik edərək ona gələcək həyatında və yarışlarda uğurlar arzulayıb. Rektor bu uğuruna qədər Ayxan Mamayevin keçdiyi idman yolu haqqında məlumat verib. Məlum olub ki, o, 7 yaşından şotokan karate do idman növü ilə məşğul olur. Dəfələrlə dünya və Avropa çempionatlarının, İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Rektor həmçinin Avropa oyunlarında uğurlu çıxışları ilə yaddan qalan Fəridə Abiyevanın 5 yaşından eyni idman növü ilə məşğul olduğunu, onun 10 qat respublika çempionu, dünya kubokunun sahibi və bir sıra beynəlxalq turnirlərin qalibi olduğunu diqqətə çatdıraraq, gələcək oyunlarında qələbə arzulayıb.

Ayxan Mamayevin final görüşü izlənildikdən sonra rektor iştirakçılara universitetin xatirə hədiyyələrini təqdim edib.
Ayxan Mamayev universitetdə oxuduğu müddətdə hər zaman rektorun diqqət və qayğısını hiss etdiyini, məzunu olduğu ali təhsil ocağında keçirilən bu tədbirin əhəmiyyətini qeyd edərək təşəkkürünü bildirib.

Ayxan Mamayev məzunu olduğu BDU tərəfindən mükafatlandırıldı
Ayxan Mamayev məzunu olduğu BDU tərəfindən mükafatlandırıldı
Ayxan Mamayev məzunu olduğu BDU tərəfindən mükafatlandırıldı


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...