Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə

Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə

Şirkətin dəvətilə dünya şöhrətli Marketinq təlimçisi Bakıda 2 günlük
seminar keçirdi.

Azərbaycanın lider mobil operatoru Azercell Telekom fəaliyyət göstərdiyi gündən etibarən abunəçilərinə, eləcə də, korporativ sektor müştərilərinə böyük qayğı ilə yanaşıb, onların uğurlu biznes fəaliyyətində bir tərəfdaş kimi çıxış edib. Müxtəlif innovativ layihələrin müəllifi olan Azercell bu dəfə korporativ abunəçiləri üçün "Uğurlu marketinq vasitələri” adlı xüsusi seminar təşkil edib. "Uğurlu marketinq vasitələri” adlı seminar satış və biznesin səmərəliliyininartırılmasına imkan verən servis, xidmət və vasitələrin unikal platformasının təsisçisi, biznes təlimatçı İqorMann tərəfindən aparılıb.
Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə
Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə
Azercell-dən korporativ müştərilərinə xüsusi hədiyyə

Noyabrın 28-i və 29-daBoulevard Oteldə baş tutan seminarda Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev də iştirak edib. Vahid Mürsəliyev Azercell Telekom MMC-nin korporativ abunəçiləri üçün indiyə qədər həyata keçirdiyi layihələrdən söz açıb:

“Korporativ abunəçilərimiz üçün həyata keçiriyimiz layihələr, gördüyümüz işlər öz töhfəsini verib. Belə ki, 2017-ci ildə 1300-ə yaxın yeni şirkət Azercell-in korporativ müştəriləri sırasına qatılıb. Uğurlu biznesin təşkili və idarəedilməsində düzgün marketinq strategiyasının müəyyən edilməsinin vacibliyini nəzərə alaraq bugünkü seminarı təşkil etdik.”
Məlumat üçün bildirək ki, Azercell tərəfindən təşkil olunan seminarın təlimçisi İqorMannİqtisad elmləri namizədi, "Synergy" Biznes Məktəbinin fəxri professorudu.

İ. Mann eyni zamanda Marketoloqlar Gildiyasının "Marketinqdə Əməkdaşlıq" mükafatının laureatı, "Mann, İvanov və Ferber"kitabını müəllifi, həmçinin PushBooks.ru nəşriyyatlarının təsisçisi,şirkətlərin satış və biznes səmərəliliyininartırılmasına imkan verən servis, xidmət, texnologiya və vasitələrin unikal platforması olan Krostu.com səhifəsinin baş konstruktoru və həmtəsisçisidir.

Qeyd edək ki, iki gün davam edən seminara ölkədə fəaliyyət göstərən 300-dən artıq şirkətdən 500-dən çox əməkdaş qatılıb. Azercell şirkəti bundan sonra da korporativ abunəçiləri üçün bu qəbildən olan təlim və proqramların təşkilini planlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...