Dünyanın ən çox maaş alan futbol məşqçiləri – SİYAHI

Dünyanın ən çox maaş alan futbol məşqçiləri –

Ən yüksək məvacib alan futbol məşqçilərinin adları açıqlanıb. Apasport.az saytı xəbər verir ki, siyahıya italiyalı çalışdırıcı Marçello Lippi başçılıq edir.

Çin yığmasına rəhbərlik edən Lippinin illik maaşı 18 milyon funt-sterlinqə bərabərdi.

Siyahıda ikinci pillədə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qərarlaşıb – 15,3 milyon funt-sterlinq. İlk “üçlüy”ü isə “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo tamamlayır. Portuqaliyalı məşqçinin illik məvacibi 15 milyon funt-sterlinqdi.

“Top-15”də İngiltərə Premyer Liqasında çalışan ümumilikdə 7 məşqçi yer alıb. Qvardiola və Mourinyo ilə yanaşı, Arsen Venger (“Arsenal”), Yurgen Klopp (“Liverpul”), Antonio Konte (“Çelsi”), Maurisio Poçettino (“Tottenhem”) və Rafael Benitesin (“Nyukasl”) də adı həmin siyahıdadı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...