Bakı-Tibilisi-Qars Dəmir Yolunda Ilk Qatarın Sərnişinləri Jurnalistlər Olacaq – RƏSMİ

Bakı-Tibilisi-Qars Dəmir Yolunda Ilk Qatarın Sərnişinləri Jurnalistlər Olacaq –

Bakı-Tibilisi-Qars dəmir yolu qatarının ilk sərnişinləri jurnalistlər olacaq.

Bu barədə Modern.az-a özəl açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

S.Qədirova sərnişinlərin daşınacağı vaxtın hələlik dəqiqləşmədiyini bildirib:

“Hələlik vaxt bilinmir. Amma dəqiq bilinən odur ki, ilk sərnişinlərimiz jurnalistlər olacaq. Cənab sədr Cavid Qurbanov da müzakirələrimiz zamanı bu fikrə müsbət rəy verib”.

Qeyd edək ki, Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın İctimai Televiziyasına müsahibəsində Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına 2018-ci ilin birinci yarısının sonunda başlanılacağını açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
744 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...