Atatürk hava limanı yalnız dövlət başçılarını qəbul edəcək

Atatürk hava limanı yalnız dövlət başçılarını qəbul edəcək

İstanbulda üçüncü hava limanının istismara verilməsindən sonra hazırda fəaliyyət göstərən Atatürk hava limanı yalnız dövlət başçılarını qəbul edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib. Nazir qeyd edib ki, Atatürk hava limanında həmçinin, sərgi mərkəzi fəaliyyət göstərəcək. Üçüncü hava limanı barədə danışan nazir deyib ki, bu ilin fevral ayının sonlarında hava limanında sınaq uçuşları keçiriləcək. Yeni hava limanının tikintisi 10 milyard lirəyə başa gələcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...