Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu (AÇIQLAMA)

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu

"Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Nicat Məlikovun ölümü ilə bağlı ilkin rəsmi məlumat verilib.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 23-də saat 17:50 radələrində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məlikov Nicat Səməd oğlu Bayıl yaşayış sahəsi, Elşən İsmayılov küçəsi 104-ün qarşısında ayağı və başı səki kənara dəyib. N.Məlikov aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

Qeyd edək ki, ilk olaraq N.Məlikovun ürəktutmasından vəfat etdiyi haqda məlumat yayılıb. Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində bəlli olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...