İnterneti 2 gün kəsən Connect mətbuata hədə-qorxu gəlir - BAŞ REDAKTOR

İnterneti 2 gün kəsən Connect mətbuata hədə-qorxu gəlir -

"Cümhuriyət" qəzetinin sabahkı sayı Connect şirkəti tərəfindən yaradılan problem nəticəsində çap olunmayacaq.

Bu barədə qəzetin baş redaktoru Rəfail Becanov bildirib. Baş redaktorun sözlərinə görə, şirkət 2 gün ərzində internet təminatında ciddi problem yaradıb:

"İki gün "Cebhe.info" xəbər portalı və "Cümhuriyət" qəzeti internetsiz qaldı. Dünən (01 fevral) saat 13.30 radələrində internet kəsildi. Abonenti olduğumuz Connect -in əsas ofisi ilə qonşuyuq. Dəfələrlə əməkdaşlarımız getdi və bir şey öyrənə bilmədilər. Sonra bir nömrə verdilər: 159. Həmin nömrəyə zəng edildi. İnternetin kəsilməsi səbəbini öyrənmək istədik. Əvvəlcə etiraf etmədilər, sonra isə bildirdilər ki, paylayıcı qurğu partlayıb. Biz də bunu xəbərə çevirdik.

Bu gün (02 fevral) səhər saatlarından yenə internet olmadı və redaksiyada iş dayandı. Saat 12-ye kimi bizə internet verilmədi. Connect-in heç bir əlaqə telefonu verilmədi, cavabdeh şəxslərdən kiminləsə calaşdırılmadı ki, əlaqə saxlayaq. Operatorlar isə bir kəlmə dedilər: Axşam 19-a kimi problem həll olunacaq. Əlimiz hər yerdən üzüləndən sonra məcburiyyət qarşısında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə zəng edib, xahişdə bulunduq ki, bizə yardım edin. Sağ olsunlar, diqqətə aldılar və onların müdaxiləsindən sonra 13.30-da iternetimiz bərpa olundu".Baş verən hadisə "Cümhuriyət" qəzetinin çap olunmasına mane oldu".

R. Becanov xatırladıb ki, problem ictimailəşdirildikdən sonra şirkət tərəfdən hədə-qorxu başlayıb":

Saytda bir yazı qoyduq, statuslar paylaşdıq və s. Connect-in xəbəri olmadı. İş vaxtı bitəndən sonra, axşam saat 18.40-da özünü Connect -in hüquqşünası kimi təqdim edən Mahir adlı şəxs bizə hədə-qorxu gəlir. Deyir ki, xəbəri götürün, yoxsa sizdən Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə şikayət edəcəyik. Biz də deyirik ki, bəs biz sizdən kimə şikayət edək? İki gün bizi internetsiz qoydunuz, normal xidmət göstərmirsiniz, amma ödənişləri dərhal tələb edirsiniz, üstəlik hədə- qorxu da gəlirsiniz? Biz nə etmişik? Sizin əməkdaşınız deyib ki, paylayıcı qurğu partlayıb, biz də xəbər vermişik. Əgər elə deyilsə, rəsmi təkzib əvəzinə niyə hədə-qorxu gəlirsiniz? Axı siz bizə ziyan vurmusunuz. Qəzetimiz çap oluna bilməyib, saytımız normal işləməyib. Bəs bizə dəyən zərər necə olsun? Connect-in yarıtmaz fəaliyyəti sayəsində "Cümhuriyət" sabah oxucuları ilə görüşə bilmir...

Hər halda Connect təkcə "bizi dünyaya qoşmurmuş", həm də hədə-qorxu gəlirmiş... Görünür, bizim onları məhkəməyə verəcəyimizə dair xəbərdarlığımıza qarşılıq dərhal hədə-qorxu üsulunu seçiblər. Amma biz haqqımızı sona qədər qoruyacağıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
765 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...