“Azercell” abunəçilərinə müraciət edib

“Azercell” abunəçilərinə müraciət edib

“Azercell Telekom” MMC fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinə müraciət edib

Fevral 10-dan qeyd olunan abunəçilər Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna, Özbəkistana səfər edərkən rominqdə mobil internet xidmətindən faydalana biləcək və hər MB-a görə 2,20 manat xidmət haqqı ödəyəcəklər.

Bundan başqa, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçiləri martın 5-dən etibarən Albaniya, Almaniya, Avstriya, Bolqarıstan, Çernoqoriya, Çexiya, Çin, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, Latviya, Litva, Lixtenşteyn, Macarıstan, Makedoniya, Malta, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Xorvatiya, Yunanıstana səfər edərkən rominqdə mobil internet xidmətinin hər bir MB-a görə 3,50 manat, ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiyaya səfər edərkən isə 4 manat xidmət haqqı ödəyəcəklər.

Mobil internet xidmətinin hesablanma intervalı 30 KB təşkil edir. Rominqdə internet xidmətindən faydalanmaq üçün nömrənin cari balans hesabında 1 manat minimal məbləğ olmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...