BDU-nun müəlliminə yeni vəzifə verildi

BDU-nun müəlliminə yeni vəzifə verildi

Bakı Dövlət Universitetinin (BDU) Televiziya və radiojurnalistikası kafedrasının dosenti, filologiya elmləri namizədi, BDU-nun sabiq kafedra müdiri Aynur Kərimova yeni vəzifəyə təyin olunub.

"Report"un məlumatına görə, A.Kərimova yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyində Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsini icra edir.

Xatırladaq ki, A.Kərimova Sumqayıt şəhərində anadan olub. BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 2008-ci ildə "Azərbaycan televiziyasının beynəlxalq əlaqələri: bu günü və perspektivi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
738 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...