Bakıda restoranda musiqiçilər dalaşdı - Biri ağır xəsarət alıb

Bakıda restoranda musiqiçilər dalaşdı -

Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında musiqiçilər arasında dava düşüb. Gundeminfo.az "Report”a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
664 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...