BƏƏ Türkiyə seriallarının yayımını dayandırdı

BƏƏ Türkiyə seriallarının yayımını dayandırdı


BƏƏ ilə Türkiyə arasında olan böhran mediaya da təsir edib. Avropa.info xəbər verir ki, siyasi gərginlik mühitində Dubayın MBC telekanalı türk seriallarının yayımını dayandırıb. MBC ona bağlı bütün kanallara ikinci əmr gələnədək bütün türk seriallarını dayandırmaq əmri verib. Kanal nümayəndəsi faktı təsdiqləyib, lakin izahat verməyib. O, 6 serialın efirdən yığışdırıldığını bildirib.

“MBC də daxil olmaqla bir çox ərəb ölkəsində türk seriallarının efirdən yığışdırılması ilə bağlı media orqanları qərar verib” – BBC kanalına danışa MBC nümayəndəsi Mazen Hayek belə deyib. O, bu qərarın “daha keyfiyyətli ərəb serialları” çəkməyə imkan yaradacağını bildirib. Kanalın qərarı sosial şəbəkələrdə böyük etirazla qarşılanıb.
Qeyd edək ki, türk serialları ərəb kanallarının ən çox izlənilən proqramları arasına daxil idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...