Mərhum jurnalistin kitabı dərc olunacaq

Mərhum jurnalistin kitabı dərc olunacaq

Mərhum jurnalist Zabil Müqabiloğlunun əsasən şeir və hekayələrdən ibarət kitabı yaxın günlərdə dərc olunacaq.

Moderator.az xəbər verir ki, bu barədə Bizim Yol-a “Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu bildirib.

Onun sözlərinə görə, kitab hazırda çap üçün mətbədədir: “Kitab Novruz bayramı ərəfəsində çap olunacaq”.

Kitabda Zabil Müqabiloğlunun xarici səfirlərdə çəkdirdiyi, bir çox tədbirlərdən olan şəkilləri, o cümlədən kitabda yaxın dostlarının xatirə yazıları öz əksini tapacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...