“Facebook”dan saxta profillərlə bağlı sensasion açıqlama - FOTO

 “Facebook”dan saxta profillərlə bağlı sensasion açıqlama -

"Facebook" administrasiyası sosial şəbəkədən 138 səhifəni, 70 hesabı, "İnstagram"dan isə 65 hesabı silib.

AzVision.az xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat yerləşdirilib.
Bildirilib ki, həmin səhifə və hesablar Rusiya İnternet Araşdırmaları Agentliyi (İRA) tərəfindən idarə edildiyi üçün ləğv edilib.

Həmçinin, qeyd olunub ki, silinən səhifələrinin 95%-i rus dilində olub. Bu səhifələrin hədəf kütləsi Rusiyada yaşayanlar, həmçinin qonşu ölkələr, Azərbaycan, Özbəkistan və Ukrayna da daxil olmaqla dünyanın müxtəlif ölkələrində yaşayan rus dilli şəxslər olub.

Sosial şəbəkənin təhlükəsizlik xidmətinin rəisi Aleks Stamos bildirib ki, İRA dəfələrlə etibarlı olmayan çətin şəbəkə hesablardan istifadə edərək insanları aldadıb və onları manipulyasiya edib: “Məsələn, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində biz bunu gördük. Məhz buna görə onların “Facebook”da olmasını istəmirdik. İRA tərəfindən idarə olunan həmin səhifə və profilləri sildik”.

“Facebook” sosial şəbəkəsində yerləşdirilən məlumata əsasən, silinən 138 səhifəni 29 min azərbaycanlı izləyib.


 “Facebook”dan saxta profillərlə bağlı sensasion açıqlama -
 “Facebook”dan saxta profillərlə bağlı sensasion açıqlama -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...