İş axtaranlar üçün yenilik: Qısa zamanda iş tapmaq mümkün olacaq (VİDEO)

İş axtaranlar üçün yenilik:

Azərbaycanda işsizlərin vahid informasiya bazası yaradılır.

Xezerxeber.az-ın məlumatına görə, bu, Milli Məclisdə təklif olunan vakansiya bankı lahiyəsi vasitəsilə reallaşacaq.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, vakansiya bankının yaradılması əmək bazarında boş iş yerlərinə əlçatanlığı artıracaq və işsizliyn azaldılmasına şərait yaradacaq. Ekspertin fikrincə, vakansiya bankının yaradılması işə götürənlərlə iş axtaranların münasibətlərinin onlayın qurulmasına imkan verəcək.

Vüqar Bayramovun sözlərinə görə, vakansiya bankının yaradılması vətəndaşların qısa zamanda tələblərinə uyğun iş tapmaqlarına imkan yaradacaq.

Ekspertin fikrincə, vakansiya bankının yaranması sahibkarlara keyfiyyətli işçi tapmağa şərait yaradacaq.

Qeyd edək ki, Milli Məclisdə təklif olunan qanun layihəsinə görə, elektron informasiya sistemi işəgötürənlərin Əmək Məcəlləsinə və bu qanunun müvafiq maddəsinə uyğun olaraq həmin sistemə daxil etdikləri məlumatlar əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradacaq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...