"Dünya" məktəbin zəhərlənmə ilə bağlı təkzib yaydı

"Dünya" məktəbin zəhərlənmə ilə bağlı təkzib yaydı

23.04.18 tarixində səhifənizdə unikal.org saytına istinadən “Dünya məktəbində kütləvi zəhərlənmə: 50 şagird, 4 müəllim” başlığı altında yazı dərc olunmuşdur.

Sözügedən yazı, unikal.org səhifəsi tərəfindən heç bir əsası olmadan və qərəzli yazılmışdır. Dəfələrlə məktəb direktoru Mərufə Mədətlinin saytlara, jurnalistlərə verdiyi müsahibələrdə məlumat haqqında təkzib verməsinə baxmayaraq, icazəsi olmadan gizlin şəklinin çəkilməsinə, uydurma səs yazısı mövzusunda narahatlıq yaratdığına və DÜNYA Məktəbinin işgüzar nüfuzuna xələl gətirən yanlış məlumata görə Unikal.org saytı hələ də üzr istəmir, səhifəsində insanları narahat etdiyi üçün heç bir açıqlama vermir.Göstərilən məsələnin qüvvədə olan qanunvericiliyə əsasən hüquq müstəvisində aydınlaşdırılması üçün işlərə başlanılmışdır.

Diqqətinizə çatdırırq ki, DÜNYA Məktəbində hər-hansı kütləvi zəhərlənmə halı baş verməmişdir. 26.04.2018 tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticələri də bunu bir daha təsdiq edir.

50 nəfər şagirdin dərsə gəlməməyinə gəlincə isə, nəzərə alınmalıdır ki, DÜNYA Məktəbində 70 sinif var və müəyyən səbəblərdən ən azı hər sinifdən 1 şagirdin dərsə gəlməməsi normal sayıla bilər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticələrini sənəd olaraq yazıya əlavə edirik və saytrəhbərliyindən KİV haqqında müvafiq qanunvericiliyə uyğunolaraq qeyd olunan yazı (Dünyaməktəbindəkütləvizəhərlənmə: 50 şagird, 4 müəllim) ilə bağlı bizim təkzibimizi saytınızda dərc etməyinizi xahiş edirik.


"Dünya" məktəbin zəhərlənmə ilə bağlı təkzib yaydı
"Dünya" məktəbin zəhərlənmə ilə bağlı təkzib yaydı
"Dünya" məktəbin zəhərlənmə ilə bağlı təkzib yaydı
"Dünya" məktəbin zəhərlənmə ilə bağlı təkzib yaydı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...