Buşa ayaqqabı atan iraqlı jurnalist deputat ola bilər

Buşa ayaqqabı atan iraqlı jurnalist deputat ola bilər

ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı ataraq məşhurlaşan iraqlı jurnalist deputat olmaq üçün namizədliyini irəli sürüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iraqlı jurnalist Müntəzər əl-Zeydi 2008-ci ildə keçirilən bir mətbuat konfransında prezident Corc Buşa ayaqqabısını ataraq məşhur olmuşdu. Corc Buş jurnalistin bu hərəkətini hər kəsin diqqətini özünə tərəf çəkmək istəməsi ilə əlaqələndirmişdi. Müntəzər əl- Zeydi 9 ay həbs cəzasından sonra, 2011-ci ilə qədər ölkə xaricində yaşamağa məcbur edilmişdi.

İraqlı jurnalist 12 may tarixində keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə namizəd olduğunu açıqlayıb.
O, bunu şəxsi “ Tvitter” səhifəsində video görüntüsünü yayımlayaraq bunları deyib: “ Sevgili iraqlı dostlarım. Uzun illər ölkəmdən uzaq qaldıqdan sonra geri dönüş edirəm. Xalqımızı təmsil etmək üçün namizədliyimi irəli sürürəm. Bildiyiniz kimi, hər zaman zalımlara qarşı məzlumun köməkçisi olacağam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...